Çin dünyanın ilk metanla işləyən raketini kosmosa uğurla buraxıb


Çinin "LandSpace" şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.


"South China Morning Post" (SCMP) xəbərinə görə, özəl aerokosmik şirkəti "LandSpace" raketin kosmosa buraxılması ilə bağlı açıqlama verib.

Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan "Zhuque-2" faydalı yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.

Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.

"China Space News"un məlumatına görə, raketin uzunluğu 49,5, diametri isə 3,35-dir.

Çinin “Space Pioneer” şirkətinin maye yanacaqla işləyən “Tianlong-2” raketinin aprel ayında uğurla buraxılmasından sonra “Zhuque-2”nin ölkənin özəl aviasiya sektorunda ABŞ şirkətlərinin üstünlüyünə qarşı yeni bir uğur olduğu düşünülür.

Metanla işləyən mühərriklər, yüksək performans və aşağı əməliyyat xərclərinə görə xüsusilə təkrar istifadə oluna bilən raketlər üçün "ilk dizayn" olaraq görülür.

Sözügedən raketin dekabrın 14-də buraxılışı uğursuz oldu.

ABŞ şirkətləri Relativity Space-in "Terran 1" və SpaceX-in "Starship" metan və maye oksigenlə işləyən raketləri 2023-cü ilin əvvəlində uğursuz oldu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu