Hindistan uğurla Aya kosmik gəmi göndərib


Hindistan "Chandrayaan-3" pilotsuz kosmik gəmisini Aya uğurla buraxıb.


Buraxılışın görüntülərini Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Andhra Pradeşdəki Satish Dhawan Kosmik Mərkəzi yayımlayıb.

"Ay avtomobili" mənasını verən "Chandrayaan-3" Ayın az öyrənilmiş cənub tərəfini araşdırmaq üçün nəzərdə tutulub. Lakin əvvəlcə onun Yer peykinin səthinə uğurla enməsi lazımdır. Əvvəllər bunu yalnız Çin, Sovet İttifaqı və ABŞ bacarırdı. "Chandrayaan-3"-ün 23 və ya 24 avqustda Aya eniş cəhdi edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu