Rusiya 47 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib


Rusiya 1976-cı ildən bəri ilk dəfə su mənbəyi axtarmaq üçün Aya kosmik gəmi göndərib.


Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") “Luna-25” kosmik gəmisini daşıyan “Soyuz 2.1v” raketini paytaxt Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan kosmosa göndərib.

"Luna-25" uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olarkən, kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi planlaşdırılır.

Təxminən 1 il Ayda araşdırma aparacaq "Luna-25" kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdırmaq, həmçinin su mənbələrini axtarmaq missiyalarına malikdir.

"Roskosmos"un prezidenti Yuriy Borisov bildirib ki, “Luna-25” Aya dinc məqsədlə göndərilib və onlar 2027, 2028 və 2030-cu illərdə Aya kosmik gəmi göndərməyi planlaşdırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu