"Threads"ın istifadəçi sayı azalıb


ABŞ-ın Meta texnologiya şirkətinin sahibi Mark Zukerberq yeni təqdim etdiyi "Threads" sosial platformanın istifadəçilərinin sayında azalma olduğunu açıqlayıb.


Yeni platforma Twitter-ə rəqib olaraq istifadəyə verilib. Lakin görünən odur ki, istənilən qədər uğur qazana bilməyib.

"100 milyondan çox istifadəçiniz varsa, onların hamısının və ya yarısının orada qalması ideyası yaxşı olardı. Biz hələ o mərhələdə deyilik" - deyə Zükerberq bildirib. O, "Threads"a yeni yeniləmələrin gələcəyini də bildirib və tətbiqin artırılmış reallıq və virtual reallığa uyğun olaraq hazırlanacağını vurğulayıb.

"Threads"a ilk 5 gündə 100 milyon insan üzv olub və bu rəqəm sosial media platformaları üçün rekord sayılır.

Tənqidçilər isə "Threads"ın istifadəçi sayının azalmasının əsas səbəbini digər sosial media saytları ilə müqayisədə burada funksiyaların olmamasında görürlər. "Threads" hələ post axtarışı, postun redaktəsi, teqlər və birbaşa mesajlaşma kimi funksiyalara malik deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu