Mask Zukerberqlə qəfəs döyüşünü X platformasında canlı yayımlayacaq


Əvvəllər Twitter kimi tanınan X sosial media platformasının sahibi Elon Musk, Meta İcraçı Direktoru (CEO) Mark Zukerberq ilə qəfəs döyüşünü X platformasında canlı yayımlayacağını açıqlayıb.


X platformasında verdiyi açıqlamada Mask, "Zuck və Musk-ın döyüşü X-də canlı yayımlanacaq. Bütün gəlir veteranlar dərnəyinə bağışlanacaq" - deyə qyd edib.

Başqa bir paylaşımda bütün günü çəki qaldıraraq döyüşə hazırlaşdığını bildirən Mask məşq etməyə vaxtı olmadığı üçün alətləri iş yeriə gətirdiyini deyib.

Musk, "Threads" adlı Twitterə alternativ, mətn əsaslı platforma quracağı barədə xəbərlərdən sonra Zukerberqi mübarizəyə çağırıb. Zukerberq də iyunun 22-də sosial şəbəkədəki paylaşımında qəfəs döyüşü təklifini qəbul etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu