Alimlər antimaddənin sirrini açmağa yaxınlaşırlar


Kainat yaranarkən baş verən Böyük Partlayış zamanı maddə qədər olan, lakin daha sonra "yoxa çıxan" antimaddənin (anti-maddə) cazibə qüvvəsinə qarşı maddə kimi hərəkət etdiyi müəyyən edilib.


Elm adamları bildirirlər ki, Böyük Partlayışda bərabər miqdarda ortaya çıxan maddə və antimaddənin bir-birini zərərsizləşdirməi olması və yalnız işığın qalması lazım olduğu halda, antimaddənin yox olub maddənin qalmasının səbəblərini anlamaq üçün illərlə maddə ilə antimaddənin oxşar və fərqli cəhətlərini araşdırıblar.

İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) aparılan təcrübələr anti-maddənin Albert Eynşteynin proqnozlaşdırdığı kimi aşağıya doğru, yəni maddə kimi hərəkət etdiyini göstərib.

Maddədəki atomun nüvəsində proton və orbitində hərəkət edən elektronlar olduğu halda, anti-maddədəki atomun nüvəsi orbitində mənfi yüklü proton (antiproton) və müsbət elektronlar (pozitron) ehtiva edir.

Bu çərçivədə, nüvəsində antiproton və orbitində bir pozitron olan antihidrogen atomlarının istifadə edildiyi araşdırmada güman edilir ki kainatda yalnız bir saniyə üçün mövcud olan antimaddə əvvəlcə yavaşlayıb və sabit və davamlı bir forma çevrilub.

Laboratoriyada sürətləndiricilərdə zərrəciklərin toqquşması nəticəsində yaranan hissəciklərin işıq sürətinə yaxın sürətlə borular vasitəsilə antimaddə laboratoriyasına çatdığı müşahidə edilib.

Tədqiqatçılar bu sürətlə idarə edə bilmədikləri antihissəciklərin enerjisini onları yavaşlatmaq üçün halqaya göndərərək azaldıblar; Sonra hissəciklər böyük bir maqnitə göndərilib və orada minlərlə antihidrogen atomu əmələ gətirib.

Antihidrogeni tutan maqnit söndürüldükdə, antihidrogen atomlarının hərəkət istiqamətini təyin edən sensorlar antimaddənin aşağıya doğru, yəni maddə kimi hərəkət etdiyini göstərib.

Alimlərin araşdırmalarında növbəti addım maddənin və antimaddənin cazibə qüvvəsinə qarşı eyni sürətlə hərəkət edib-etmədiyini müəyyən etmək olacaq.

Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu