Aİ X-in məzmun qaydalarına uyğunluğunu qiymətləndirmək üçün rəsmi prosesə başlayır


Avropa İttifaqı (Aİ) İlon Maska məxsus X sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozub-pozulmadığını qiymətləndirmək üçün rəsmi prosesə başlayıb.


AB Komissiyasının verdiyi açıqlamaya görə, proses çərçivəsində X-in risklərin idarə edilməsi, məzmunun moderasiyası, istifadəçini yönləndirmək və ya qarşısını almaq üçün nəzərdə tutulmuş "qaranlıq model" təcrübəsi ilə bağlı məsələlərdə DSA-nı pozub-pozmadığına qərar veriləcək.

Komissiya tərəfindən qanun pozuntusu ilə bağlı şirkətdən təqdim edilmiş sənədlər üzrə aparılmış ibtidai araşdırma əsasında rəsmi icraat başlanılıb.

Qərarı şərh edən Aİ Komissiyasının baş vitse-prezidenti danimarkalı Marqret Vestager deyib: "Biz qaydalarımızın hər hansı bir pozulmasına çox ciddi yanaşırıq və hazırda əlimizdə olan dəlillər X-ə qarşı istintaqa başlamaq üçün kifayətdir. Komissiya Avropa vətəndaşlarının onlayn müdafiəsini təmin etmək üçün DSA-ya uyğunluğunu diqqətlə araşdıracaq".

Rəsmi prosesin nə vaxt başa çatacağı ilə bağlı heç bir tarix verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu