"MilliNet"in qalibləri arasında dövlət qurumlarının resursları artıb - Osman Gündüz


Bu il "MilliNet"də qeyri-adi bir vəziyyət yaranıb.


AFN.az xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz deyib. Onun sözlərinə görə, qalib gələn və fərqlənən resursların xeyli hissəsi dövlət resurslarıdır: "Yəni baxmayaraq ki, "MilliNet"də “İlin rəqəmsal hökumət həlli” nominasiyası var və bu nominasiyanın da qalibi dövlət resursudur, amma digər nominasiyalarda da dövlət qurumları resurslarını qediyyatdan keçiriblər və bir çoxunda da üstünlük qazanıblar. Məsələn, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan və müsabiqəyə təqdim edilən 6 resursdan 4-ü bir neçə mükafata layiq görülüb. Əlbəttə, burada MilliNet Qaydalarına zidd bir hal yoxdur, dövlət qurumu ciddi və faydalı resurslar hazırlayıb, qiymətləndirmə də ədalətli olub və resurslar da qalib gəlib".
O.Gündüz dövlətə məxsus olan və qalib gələn resursların sayının hədsiz artmasını ciddi məqam adlandırıb: "Fikrimcə bu cür hallar gələcəkdə daha da çoxalarsa MilliNet-də rəqabətli mühit üçün problemlər yarana bilər. Biz ekspertlərin, münsiflərin iştirakı ilə bu məsələni müzakirə edib növbəti mərhələlər üçün Qaydaları təkmilləşdirməyimiz faydalı olardı. Yeri gəlmişkən, Sosial Xidmətlər Agentliyinin resursları həqiqətən də çox faydalı resurslardı.
Agentliyin “Unudulmazlar” və “DanışanKitab” layihələri “İlin informasiya resursu” və "İlin rəqəmsal mədəniyyət və turizm həlli" nominasiyalarında qalib gələrək Milli İnternet Mükafatlarını qazanıblar.
Bu qurumun “ÖvladınıTanı” mobil tətbiqi “İlin rəqəmsal sosial resursu” nominasiyasında 3-cü yerə , “Surdotv” mobil tətbiqləri isə "İlin rəqəmsal mədəniyyət və turizm həlli" 2-ci yerlərə layiq görülüblər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu