Biz hökumətdən Tik-Tok-la bağlı tələb etməliyik ki... - ŞƏRH


UNEC ölkədə fəaliyyət göstərən tiktokerlərlə görüş təşkil edib. Bu tədbir ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tiktokerlərlə görüşün vacib olub-olmaması ilə bağlı müzakirələr qızışıb.


AFN.az xəbər verir ki, İT üzrə mütəxəssis Osman Gündüz məsələ ilə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, belə bir görüşlə bağlı nəinki universitetləri tənqid etmək, əksinə təqdir etmək daha doğru olar: "Hazırda TikTok Azərbaycanın informasiya mühitində xüsusi yer tutur. Milyonlarla istifadəçisi var. Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti olaraq və tanıtım üçün effektiv istifadə olunur. Baxıram ki, son zamanlar çox doğru olaraq dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir. Belə bir anda universitetləri TikTok-dan kənar tutmaq çağırışları doğru bir yanaşma olmazdı. Əksinə, düşünürəm ki, biz hökumətdən və univesrsitetlərdən TikTok-la bağlı aşağıdakıları xahiş və tələb etməliyik:
- TikTok-da faydalı kontent istehsalına resurslar ayrılsın;
- Azərbaycandilli faydalı kontentin yaradılması, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək verilsin;
-TikTok-da təhsil yönümlü, intellektual yönümlü, vətənpərvərlik istiqamətində video resursların hazırlanması üçün qrantlar verilsin;
-TikTok-dan, onun marketinq alətlərindən startap ekosistemin, sahibkarların biznes və tanıtım üçün necə effektiv istifadə olunması ilə bağlı təlimlər keçirilsin, maarifləndirici resurslar hazırlansın;
- Bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması, uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində fəaliyyəıt dəstəklənsin və s.
Məsələn, müşahidə etsək ki, UNEC tiktokerlərlə bu cür görüşdən sonra öz tələbələrini də cəlb etməklə təhsil, marketinq yönümlü faydalı video resurslar hazırlamaq üçün auditoriyası geniş olan tiktokerlərə qrantlar ayırıb, bunu ancaq alqışlamaq olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu