TikTok-dan Rusiya ilə bağlı BƏYANAT


TikTok sosial şəbəkəsi Rusiyadakı işçilərini ixtisar etdiyini açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə şirkətdən məlumat verilib. "Bu il biz Rusiyada fəaliyyətlə bağlı bir sıra qərarlar qəbul etmək məcburiyyətində qaldıq və indi təəssüf ki, ölkədəki ştatları ixtisar etməliyik", - platformanın mətbuat xidməti bildirib. Şirkət qeyd edib ki, onlar bu işçilərə dəstək zəmanəti verirlər.
"Bundan əlavə, TikTok sosial şəbəkənin tam fəaliyyətinin təhlükəsiz bərpası ilə bağlı qərar qəbul etmək üçün Rusiyadakı vəziyyəti qiymətləndirməyə davam edir" - deyə bəyanatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu