Almaniya hökuməti TikTok hesabı açıb


Almaniya hökuməti TikTok hesabı açıb.



Federal Hökumət sözçüsü tərəfindən verilən açıqlamada, Mətbuat və İnformasiya İdarəsinin (BPA) TikTok platformasında açdıqları "@TeamBundeskanzler" hesabından, eləcə də digər sosial media kanallarından gündəlik hökumət işləri ilə bağlı paylaşımlar edəcəyi bildirilib.

Açıqlamada BPA-nın bu hesabla siyasətdən daha çox öyrənən və sosial media vasitəsilə məlumat mübadiləsi aparan vətəndaşlar üçün informasiya dairəsini genişləndirmək istədiyi vurğulanıb.

Xüsusilə gənc istifadəçilərə müraciət etmək üçün açılan TikTok hesabında Federal Kansler Olaf Şolzun işi və hökumət siyasəti ilə bağlı məlumatlarla yanaşı şərhlər, suallar və təkliflər də yer alacağı qeyd edilib.

Bəyanatda həmçinin xatırladılıb ki, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və Avropa Parlamentinin sədri Roberta Metsola kimi şəxslər bu yaxınlarda öz TikTok kanallarını açıblar.

Almaniya kansleri Şolz X sosial media platformasında TikTok etiketi ilə verdiyi açıqlamada "Rəqs etmərəm. Söz verirəm" paylaşımını edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu