Ölüm vaxtını təyin edən proqram hazırlandı


Danimarka və ABŞ alimləri tərəfindən hazırlanan "life2vec" adlı analitik proqram ölüm vaxtını təyin edir.


Bu proqramın əsas fərqi mövcud məlumatlardan istifadə edərək gələcəyi proqnozlaşdırmasıdır. Həmçinin, "life2vec" ChatGPT kimi söhbət botudur.

ChatGPT istifadəçiləri ondan mahnı, şeir və ya məqalə yazmağı xahiş etdiyi kimi, "life2vec"dan da bir insan həyatı üçün "O, dörd ildən sonra öləcəkmi?" kimi sadə suallar verə bilərlər.

Aparılan araşdırma nəticəsində məlum olub ki, proqram vaxtından əvvəl ölüm barəsində xəbər verir. Alimlər bunun yeni bir kəşf olduğunu bildiriblər. Analitik proqramın ölüm vaxtını təyin etməsi insanlar tərəfindən maraqla qarşılanıb.

Ölkə.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu