Google bizi gizli izlədiyinə görə 5 milyard dollar ödəyəcək


Amerikanın “Google” şirkəti “Google Chrome” brauzerinin istifadəçilərindən gizli şəkildə məlumat topladığı üçün ən azı 5 milyard dollar dəyərində iddiada ilkin razılığa gəlib.


Lent.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Razılaşmanın şərtləri açıqlanmayıb, lakin hüquqşünaslar "Google"un məcburi tələblər siyahısı ilə razılaşdığını söyləyib. O, 24 fevral 2024-cü il tarixinədək məhkəmənin təsdiqinə təqdim ediləcək.

İddiaçıların şikayətinə əsasən, "Google"un tətbiqləri şirkətə istifadəçilərin "Google Chrome" brauzerini şəxsi “inkoqnito” baxış rejiminə keçirdikdə belə onların fəaliyyətini izləməyə imkan verib. Bu yolla biznes dostlar, hobbilər, sevimli yeməklər, istehlak vərdişləri və insanların internetdə axtardıqları “potensial utancverici şeylər” haqqında məlumat əldə edə bilərdi.

"Google"a qarşı iddia 2020-ci ildə ABŞ-ın Kaliforniya ştatında iddia açılıb. O, şirkətin xidmətlərindən “milyonlarla” istifadəçini əhatə edir. Federal telefon dinləmə və Kaliforniya məxfilik qanunlarının pozulmasına görə hər qurbana ən azı 5000 dollar təzminat tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu