Google elan etdi: Chrome-u yeniləməyənlər bunu edə bilməyəcəklər!


Google Chrome-un yenilənməmiş versiyalarında tərcümə funksiyasının deaktiv ediləcəyi bildirilib.


Google Chrome milyonlarla istifadəçisinin öz veb səhifəsini başqa dillər də oxuya bilmələri üçün avtomatik tərcümə xüsusiyyətinə malikdir.

Bununla belə, Google öz dəstək səhifəsində izah edib ki, Chrome-un köhnə versiyalarına sahib olanlar "Bu səhifə tərcümə oluna bilmədi" mesajını görməyə başlayacaq, çünki funksiya köhnə versiyalarda deaktiv edilib.

Google vurğuladı ki, səhifəni tərcümə etmək üçün Chrome-un ən son versiyası quraşdırılmalıdır.

Adətən yeni versiya aşkar edildikdə Chrome avtomatik olaraq yenilənir, lakin proses əl ilə də həyata keçirilə bilər. Bəzi hallarda cihazlar texniki məhdudiyyətlərə görə yeniləməyə icazə verməyə bilər.

Chrome köhnə versiyadadırsa, yeni versiyaya yeniləmək üçün aşağıdakıları edin:

Chrome-u açın, yuxarı sağ küncdəki üç şaquli nöqtəyə klikləyin. Açılan menyudan Yardıma, sonra Google Chrome haqqında bölməsinə keçin. Açılan səhifədə Google Chrome-u yeniləyin düyməsini basın. Yenidən başladın düyməsini basaraq prosesi bitirin.

Əgər yeniləmə seçimi görünmürsə, deməli, siz artıq Chrome-un ən son yeniləməsindən istifadə edirsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu