Çin yeni kəşfiyyat aparatını Aya göndərməyə hazırlaşır


Çin Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanması üçün bu ilin birinci yarısında "Chang'i 6" roverini işə salmaq istiqamətində hazırlıqlara başlayıb.


Çin Milli Kosmos İdarəsindən verilən açıqlamaya görə, kəşfiyyat vasitəsinin komponentləri iki hərbi yük təyyarəsi ilə Hainan adasına daşınaraq buraxılışın baş tutacağı Vinçanq Kosmik Mərkəzinə gətirilib.

4 hissədən ibarət kəşfiyyat maşını burada yığıldıqdan sonra buraxılışqabağı yoxlamalar aparılacaq.

2024-cü ilin birinci yarısında buraxılması planlaşdırılan "Chang'i 6" roverinin məqsədi Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu