Bakıda zəlzələ oldu - YENİLƏNİB


Xəzər dənizində 5,2 bal gücündə zəlzələ baş verib.


Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Azərbaycanda da hiss edilib.

***

Paytaxt Bakıda zəlzələ olub.


AFN.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Şəhərdə təqribən 5,5 bal gücündə təkanın olduğu iddia edilir. Yeraltı təkanların Bakının bəzi ərazilərində, məsələn, Müşfiqabad, Xırdalan kimi ərazilərdə daha çox hiss olunduğu qeyd edilir. O da bildirilir ki, bəzi android telefonlarda zəlzələnin ola biləcəyilə bağlı bir neçə saniyə əvvəl xəbərdarlı gəlib. Sosial şəbəkələrdə həmin xəbərdarlığı görüntüləri də yayılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu