Ermənistan hərbçimizə qarşı cinayət işinə xitam verdi


Laçında yolu azaraq Teh kəndi yaxınlığında Ermənistan sərhədini keçən azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verilib.


Bu barədə "Sputnik Ermənistan” Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb .

Qeyd olunur ki, Pənahovun azaraq erməni mövqeləri yaxınlığında peyda olmasına dair "faktiki məlumatlar” daxil olub.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bundan sonra məlub olub ki, əsgər səhvən Ermənistan ərazisinə keçib və həbs edilib. Daha sonra Ermənistan İstintaq Komitəsi hərbçi Ruslan Pənahov haqqında təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu