Respublika Günü və Dövlət Müstəqilliyi Günü ilə bağlı layihə ikinci oxunuşda müzakirə edilir


Hazırda Milli Məclisin plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam edir.


"Report"un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu