Tehran polisi Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yaydı


Tehran şəhər polis idarəsinin rəisi general Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahı terror aktı ilə bağlı açıqlama verib.


AFN.az-ın xəbərinə görə, o deyib: "Bu gün səhər saatlarında bir nəfər Azərbaycan səfirliyinə daxil olaraq odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb".
Onun sözlərinə görə, polisin sayıqlığı nəticəsində hücum edən şəxs dərhal yaxalanıb və barəsində araşdırmalar davam edir. Həmin şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. İlkin istintaqda hücum edən şəxs səbəbinin şəxsi və ailə problemləri olduğunu bildirib",-deyə polis rəisi bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu