Bakıda 2 texniki nasaz avtomobil yolda digər avtomobillərin hərəkətinə problem yaradıb


Bakıda Ziya Bünyadov ilə Azadlıq və Atatürk prospektlərinin kəsişməsində iki texniki nasaz avtomobilin yolda qalması digər nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaradıb.



Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edilib ki, hazırda bu avtomobillərin yolda qalması səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. NİİM-in əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu