Bakıda nasaz avtomobil yolda qaldı - Prospektdə sıxlıq yarandı


Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobil qalıb.



Bu barədə AFN.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu