Bakıda tuneldə qəza olub, sıxlıq yaranıb - FOTO


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.



AFN.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında qeydə alınıb.

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu