Rusiyada general və həyat yoldaşı mənzillərində ölü olaraq tapılıblar


Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə 6-cı ordusunun keçmiş komandanı, aviasiya general-leytenantı Vladimir Sviridovun və həyat yoldaşı Tatyana Sviridovanın meyitləri yaşadığı mənzildə aşkarlanıb.



AFN.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, meyitlər noyabrın 15-də Rusiyanın Stavropol diyarının Aciyevsl qəsəbəsində aşkar ediliblər. Məlumata görə, yaxınları 68 yaşlı kişi və 72 yaşlı qadından bir həftə xəbər tutmayıb.

Qaz təhlükəsizliyi xidmətinin əməkdaşları onların mənzilində zəhərli maddə aşkarlamayıb.

Məlumata görə, aviasiya general-leytenantı Vladimir Sviridov 2005-2009-cu illərdə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sisteminin 6-cı ordusunun komandanı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu