Elina Hacıyevaya təzyiq etdiyi deyilən 11-ci sinif şagirdi ölkədən qaçırılır?- İDDİA




Bir neçə gün əvvəl intihar edən 162 saylı məktəbin şagirdi Elina Hacıyevaya məktəbdə təzyiq edən şagirdlərdən birinin adı ictimaiyyətə açıqlanıb.

AFN xəbə verir ki, bu barədə Türkiyədə yaşayan həmyerlimiz Şəbnəm Karslı sosial şəbəkədəki hesabında açıqlama verib. O bildirib: "İntihar edən qızımız Elinaya məktəbdə təzyiq göstərən 11-ci sinif şagirdi Hüseyn Namazovu atası ölkədən qaçırmaq istəyir. Rusiyada işləyən əmisinin yanına yollamağı planlaşdırıblar. Hüquq mühafizə orqanları vaxtında tutmasalar sonra gec olacaq".

Ş.Karslının statusunun altında E.Hacıyevanın qohumuna məxsus olduğu bildirilən şəxsin öz instaqram hesabında paylaşdığı məlumat da yayılıb. Həmin məlumatda H.Namazovun E.Hacıyevaya təzyiq etdiyi qeyd edilir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu