Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı




Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev tutduğu vəzifədən ayrılıb.



Bu barədə A.Mirzəyev özü sosial şəbəkə səhifəsində yazıb.

"Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm.

Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm”, - deyə A.Mirzəyev əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu