Fədayə Laçın ev dustaqlığına buraxılmadı

Xəbərin çap versiyası
Tarix: 13-12-2017, 13:54    |    Xəbər oxunub: 841 dəfə
Fədayə Laçın ev dustaqlığına buraxılmadı


Bu gün Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının müraciəti üzrə məhkəmə keçirilib.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda Fədayə Laçının vəsatəti təmin edilməyib.

Müğənninin vəkili Türkel Süleymanlı bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək. O, F. Laçının "Hepatit C" xəstəliyindən əziyət çəkdiyini və növbəti müraciətləri təmin edilməzsə, müğənninin müalicə müəssisəsinə köçürülməsini istəyəcəklərini deyib.

Qeyd edək ki, F.Laçın oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. (Azvision)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Fuad Ələsgərov Prezidentin tapşırığı ilə hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Hərbi xidmətlə bağlı dəyişiklik:

Hərbi xidmətlə bağlı dəyişiklik: DTX ilə XKX-ya səlahiyyət verildi

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Kamaləddin Heydərovun oğlu 15 milyona baza alır

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

İİTKM nümayəndəsi: “Azərbaycanın “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında irəliləməsi uğurlu islahatın nəticəsidir”

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq:

Energetika Nazirliyindən “Azəriqaz”a xəbərdarlıq: “Nöqsanları aradan qaldırın”

Ermənilər mövqelərimizi atəşə tutub

Ermənilər mövqelərimizi atəşə tutub

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Model diqqəti geyimi ilə çəkdi-

Model diqqəti geyimi ilə çəkdi- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur