Ermənilər qorxularından məcsidi qərargah ediblər


Erməni işğalçı qüvvələri Ağdamda salama qalmış yeganə tikilini-tarixi məscidi hərbi qərargaha çevirib.

Bu haqda Naviny.by Belarus saytının müxbirinin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Jurnalist Xankəndindən taksi ilə Ağdama tərəf gələndə yolda çoxlu sayda hərbi texnika və əsgərlərlə dolu maşınla rastlaşdığını yazır. Əsgərlər taksidə kimin getdiyinə baxmaq istəyirlər, ancaq Qarabağda hətta sınıq-salxaq maşınların belə şüşələrinə qara plyonka çəkilib. Bu səbədən maşında kimin getdiyini görmək elə də asan deyil. Virtualaz.org-un xəbərinə görə, eləcə də jurnalist maşından ətrafa baxıb harada olduğunu müəyyən edə bilmir, Ağdama çatdıqlarını ancaq dağılmış yollardan başa düşür.

“Müharibəyə qədər Ağdamda 30 minə qədər azərbaycanlı yaşayırdı, indi bir nəfər də qalmayıb. Ağdam bazarı hər yerdə məşhur idi. Ermənilər xatırlayır ki, orada cinsdən tutmuş silaha qədər hər şey satırdılar”-jurnalist yazır.

Reportajda deyilir ki, ermənilər 1993-cü ildə şəhəri işğal edəndən sonra tamamilə talayıblar və məhv ediblər. “Şəhərdə salamat qalmış yeganə tikili məsciddir. Əvvəllər Qarabağ gələn xarici turistlər məscidin minarəsinə çıxıb şəhərin xarabalıqlarını çəkə bilirdi. İndi aprel döyüşlərindən sonra məscidə yaxın getmək mümkün deyil. Orada hərbi qərargah təşkil edilib”-belaruslu jurnalist yazır.
Azərbaycanın millət vəkili Sahib Alıyev xəbərə maraqlı şərh verib. Onun sözlərinə görə, bu, ilk öncə o deməkdir ki, düşmən üçün müqəddəs heç nə yoxdur: "İkincisi, bu fakt onların necə böyük qorxu içərisində olmalarından xəbər verir. Yəqin aprel döyüşləri zamanı anlayıblar ki, Azərbaycan ordusu düşmənin komandanlığının harada yerləşdiyini dəqiq təsbit edə və zərərsizləşdirə bilir. İndi gedib məscidə soxulublar ki, döyüşlər yenidən başlasa, ordumuz oraya zərbə endirməyəcək. Budur Sərksiyanın generallarının əsl sifəti. 18 yaşlı gəncləri, cinayətkarlarla birgə ön xəttə göndərir, özləri isə məsciddə gizlənirlər".

FƏRİD



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45