Ceyhun Cəfərov azadlığa çıxıb
Bu barədə C.Cəfərovun vəkili Cavad Cavadov bildirib. Vəkil deyib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və C.Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, C.Cəfərov 1 il 7 ay öncə həbs edilib, ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq araşdırması davam etdirilir.