Vergilər Nazirliyi 3 gün vaxt verdi




Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb.

Vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib. Başqa sözlə, vergi ödəyicilərinə 3 gün əlavə vaxt verilib.

VN-in media və kommunikasiya mərkəzindən xəbəri təsdiq ediblər və bildiriblər ki, sahibkarlara möhlət verilməsi yanvarın 20-nin Ümumxalq Hüzn Günü olması, növbəti tarixlərin isə şənbə və bazar günlərinə düşməsi ilə əlaqədardır:

“Qanunvericilikdə də göstərilib ki, əgər bəyannamələrin sonuncu təqdimetmə günü hər hansı xüsusi günə təsadüf edərsə, o zaman həmin gün növbəti iş gününə keçirilir. Bu il isə “20 Yanvar faciəsi”nin ildönümü Cümə gününə düşdüyü üçün və növbəti iş günü bazar ertəsi yəni yanvarın 23-ü hesab edildiyindən vergi ödəyiciləri öz bəyannamələrini həmin gün təqdim edə bilərlər”, - deyə nazirlikdən qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu