İİTKM-də Rəqəmsal Ticarət Qovşağının yaradılması ilə bağlı müzakirə olub




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Rəqəmsal Ticarət Qovşağı ilə bağlı geniş müzakirə aparılıb.



Toplantında əsas müzakirə mövzusu “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nın, elektron pul kisəsinin yaradılması, qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi, ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada verilməsi, elektron müraciət əsasında ixrac təşviqinin ödənilməsi və Prezident Fərmanında nəzərdə tutulan digər məsələləri olub. Həmçinin, dövlət qurumlarının nümayəndələrinə görüləcək işlərlə bağlı təqdimat olub. Onlara bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda görüləcək işlərlə bağlı ətraflı məlumat verilib. “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”na inteqrasiya olunacaq dövlət orqanlarının informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsinin təşkil ediləcəyi bildirilib. Daha sonra Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının təmsilçiləri çıxış edərək ölkə bacısının fərmanının irəli gələn məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün təkliflərini veriblər. Müzakirələr zamnı elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və elektron imza, o cümlədən “ASAN imza” sertifikatının beynəlxalq miqyasda qarşılıqlı tanınması, Azərbaycan Respublikasının BMT-nin “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulması ilə bağlı ətraflı fikir mübadiləsi də aparılıb. Bundan sonra da işçi qaydada görüşlər davam etdiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyev 23 fevral 2017-ci il tarixdə “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45