Bakıda 13 evi qarət edən oğru tutuldu
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən oğurluq etdiyi üçün saxlanılan Şahin Hacıyevlə bağlı aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin sentyabr-noyabr ayları ərzində daha 13 evdən, habelə 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.