Ünal Küpeli azərbaycanlı yazarın romanını yüksək qiymətləndirdi




Türkiyənin tanınmış film rejissoru, prodüser və ssenarist Ünal Küpeli azərbaycanlı yazar Sevinc Səfərovanın “Günah” romanına ön söz yazıb. İstedadlı yazarımızın romanını yüksək qiymətləndirən Ü.Küpelinin fikirləri diqqət doğurub.

Onun Sevinc xanımın romanı haqqında olan fikirlərini olduğu kimi təqdim edirik:

– Dünya qurulduğundan bəri insanlığın təməl məsələsi olan cinsilik çox zaman krallıqları və imperatorluqları yerindən sarsıtdı. Ancaq ulu tanrı başda Adəm və Həvva olmaqla canlıları iki cinsli yaratdı. Bunlardan biri kişi, digər isə qadın idi. Çünki bu cür insanların nəsli davam etməsi üçün təməl qurulmalı idi.
Ən böyüyündən ən kiçiyinə qədər hər canlının bir kişi bir də qadın cinsi var. Çoxalmaq ancaq bu iki canlının birləşməsi ilə mümkündür. Ancaq bu iki birləşmənin ola bilməsi üçün bir fiziki həzz də lazımdır. Bu da tanrının insanlara təqdim etdiyi bir lütfdür. Amma insan oğlu üsyanlara, min illərlə davam edən savaşlara rəğmən bu həzzi boğa bilmədi. Öz cinsindən olana yönəldi. Daha çox kişilər arasında rastlansa da, qadınlar arasında da öz cinsindən olan xanımlarla münasibət yarandı. Güclü olan kişi zəif olan kişiləri cinsi istismara məruz qoydu. Bu məcburiyyət hətta saraylarda, imarətlərdə belə görünməyə başladı. Bu anormal olan meyillər güclü olanın qaydaları ilə qorundu.
Sigmund Freudun “Libido münasibətləri” adlı kitabında da bu vəziyyət hormon dəyişikliyi olaraq izah edilirdi. Və bunlar kitablarda doğuşdan gələn xəstəliklər olaraq tanındı. Sevinc Səfərovanın bu kitabında isə kiçik yaşlarından etibarən ögey atasının təcavüzünə məruz qalan, tam bir kişi olmasına baxmayaraq, hərəkətli Livata yolu ilə homoseksualizmə məcbur edilən bir oğlanın hüznlü hekayəsi qeyd edilib. Çox isnanın qadağa saydığı bu faciəvi əhvalatı qələmə aldığı üçün Sevinc Səfərovanı təbrik edirəm.
Maraqlannlara:
– Bu cəmiyyətdə qadağa hesab edilən ensest və homoseksuallıq mövzusunu böyük bir cəsarətlə qələmə alan Sevinc Səfərovanı alqışlayıram. Mən də bütün dünyanı maraqlandıra biləcək olan bu insanlıq faciəsinin ssenarisini yazdım və onu efir məkanında film halına gətirməkdən isə böyük qürur duyacağam.

Hörmətlə: Ünal Küpeli, Rejissor

Böyük marağa səbəb olan “Günah” romanının müəllifi Sevinc Səfərova da bizimlə söhbətində sözügedən əsərə film çəkiləcəyini və bu filmin müxtəlif ölkələrdə lentə alınacağını qeyd etdi. Tanınmış rejissor, ssenaist Ünal Küpeliyə gəlincə isə azərbaycanlı yazıçı Ü.Küpəlinin daim ona dəstək olduğunu və yazılarının ilk oxucusu kimi qürur duyduğunu vurğuladı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45