İlham Əliyev Brüsseldə Jan-Klod Yunkerlə görüşüb




Azərbaycan prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Vurğulanıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək. Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edilib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə, eyni zamanda, təhsil və humanitar sahələrdə də yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilib.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın və ixracın şaxələndirilməsinin prioritet məsələ olduğu diqqətə çatdırılıb, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45