Qənirə Paşayeva MM-də Tovuzun problemlərini qaldırıb





Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Hökumətinin 2016-cı hesabatının müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzun problemlərindən danışıb.

AFN-in məlumatına görə, o bildirib ki, böyük və təhsil göstəriciləri yaxşı olan kəndlərindən olan Bozalqanlı da daxil olmaqla bir sıra kəndlərində yeni məktəb tikintisinə böyük ehtiyac var. Millət vəkili qeyd edib ki, bu kəndlər əhali sayına görə böyük kəndlərdəndir və onların hər birinin sadəcə bir məktəbi var, ümumi istilik sistemləri olmayan həmin məktəblər təhsil üçün yaxşı vəziyyətdə deyil və həmin kəndlərdə təcili olaraq yeni məktəb tikintilərinə ehtiyac var. Q.Paşayeva deyib ki, məktəblərin səviyyəsinin yaxşı olmaması normal təhsil ənənələri olan bu kəndlərdə təhsilin səviyyəsinə də özünün mənfi təsirini göstərir və təcili olaraq bu problemin həlli zəruridir. Bu məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarov ilə danışdığını və müzakirə etdiyini deyən millət vəkili Qənirə Paşayeva hökumətə həmin kəndlərdə yeni məktəb tikintisi ilə bağlı rəsmi müraciət göndərdiyini də deyərək bu məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhsil sahəsində, yeni məktəb tikintisi sahəsində böyük işlər görüldüyünü və Tovuzda da yeni məktəblər tikildiyini vurğulayan Qənirə Paşayeva hökumətdən bu kəndləri də diqqətdə saxlamağı və maliyyə ayrılmasını xahiş edib.
Millət vəkili Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb və bildirib ki, Tovuzun bir sıra kəndlərində qazlaşma prosesi hələ də başa çatmayıb. O, “Azəriqaz” rəhbərliyini Ermənistanla ön cəbhə rayonu olan Tovuz rayonunun kəndlərinin qazlaşdırılması prosesini başa çatdırmağa çağırıb. Bildirib ki, ölkəmizin I vitse-prezidenti Mehriban Əliyavanın ilk toplantısını qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr etməklə əslində cəmiyyətimiz üçün də bir mesaj vermiş oldu: "Hunanlar kəndi Ermənistandan qaçqın düşmüş insanlarımızın məskunlaşdığı kəndlərdən biridir, həmin kəndin bütün sakinlərinin təbii qaz verilməsinə ehtiyacı var. Hunanlar kəndi ilə bağlı “Azəriqaz” rəhbərliyinə xüsusi müraciət etdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu kənd də daxil olmaqla indiyədək qazlaşdırılmayan kəndlərin qazlaşdırılmasını başa çatdırmağa çağırıb və həmin kəndlərin əhalisinin hər görüşdə bu məsələni xüsusi qaldırdığını, hökumətə onların adından xahiş etmələrini istədiklərini deyib: "Bu məsələ cənab Prezidentin hər zaman diqqətindədir. Ümid edirəm ki, 2017-ci ildə Tovuzun təbii qaz ilə təchiz olunmayan kəndlərinin qazlaşdırılması prosesi başa çatacaq və hökumət ön cəbhə rayonu olan Tovuzda bu prosesin tezliklə başa çatmasına ciddi dəstək göstərəcək".

Qənirə Paşayeva rayonun Əlimərdanlı, Qaraxanlı, Xatınli, Qədirli və Cilovdarlı kəndlərinin içməli su problemindən əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Tovuz rayonuna yeni içməli su xətti çəkilib və rayonun su probleminin həlli istiqamətində ciddi addımlar atılıb. Bu kəndlərə həmin xətdən su verilməsi, su xəttinin çəkilməsi üçün millət vəkili “Azərsu” rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökuməti qısa zamanda minlərlə insanın üzləşdiyi bu problemin həlli istiqamətində dəstək göstərməyə çağırıb.

Millət vəkili əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi problemlə də toxunub və müvafiq qurumları Tovuzda bu istiqamətdə daha çox işlər görməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45