QHT Şurasının sorğu fobiyası




Azərbaycanda medianın qeyri-peşəkarlığı, yazılar hazırlanarkən qarşı tərəfin mövqeyinin alınmamasından şikayətlər tez-tez gündəmə gəlir. Ən yüksək səviyyələrdə bu cür problemlər qabardılır. Lakin təəssüflər olsun ki, media kapitanları adlandırdığımız böyüklər (?) nədənsə heç vaxt qarşı tərəfin (əksər hallarda qarşı tərəf rolunu dövlət qurumları, onların mətbuat xidmətləri oynayır-H.A) qeyri-peşəkarlığından, mediaya qərəzli münasibətindən, öz işinin öhdəsindən bilərəkdən, yaxud bilməyərəkdən gəlməməsindən danışmırlar. Hansı ki, belə bir problemlə AFN olaraq son vaxtlar tez-tez üzləşirik. Gah haqqında şikayət olan deputatla, yaxud hansısa dövlət məmuru ilə əlaqə yarada bilmirik məcburən yazını birtərəfli qaydada veririk (bu zaman əlbəttə qarşı tərəfin cavab haqqını tanıdığımızı xüsusi olaraq qeyd edirik), gah sualı ünvanladığımız qarşı tərəf rəsmi cavab vermir, sonradan bizi ittiham edir, gah cavablarda yarımçıqlıq olur yenə sonda qınanan biz oluruq.

Belə hallardan birini də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinə dair yazı hazırlayarkən yaşadıq. Belə ki, Şuraya dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində qeyri-şəffaflığın olması ilə bağlı bir müddət öncə mediada məlumatlar dərc edildi. Bu baxımdan diqqətimizi vəsaitlərin xərclənməsinə yönəltmək qərarına gəldik və təbii ki, bunun üçün ilk növbədə qurumun illik hesabatlarını araşdırmaq istədik. Bu məqsədlə Şuranın www.cssn.gov.az saytına daxil olduqda isə tamamilə qaranlıq bir mənzərə ilə qarşılaşdıq. Saytdakı hesabatlar bölümündə 2008-ci ildən bəri bütün illər üzrə hesabatların linkləri olsa da, onlara daxil olmaq mümkün deyildi. Həmin vaxt linklərin boş görüntüsünü əldə etməyimiz bu gün bizim bu məsələdə nə qədər haqlı olduğumuzu sübut edəcək başlıca dəlildir (yazının sonunda həmin görüntülər əlavə edilib).

Linkləri boş gördükdən sonra Şuranın sədri, millət vəkili Azay Quliyevə aşağıdakı məzmunda sorğu ünvanladıq:

Hörmətli Azay müəllim!

“Azerbaijan Favorite News” (www.afn.az) saytı olaraq rəhbərlik etdiyiniz Şuranın fəaliyyətinə dair material hazırlayırıq. Materialın hərtərəfli və dolğun olması üçün aşağıdakı sualların cavablandırılmasını təmin etməyinizi xahiş edirik:

1. Şuraya məxsus www.cssn.gov.az və www.qhtxeber.az saytlarında hesabatlar bölməsi olsa da, illər üzrə hesabatları göstərən linklərdə hesabat yerləşdirilməyib. QHT Şurası kimi diqqət mərkəzində olan qurumun hesabatlarının ictimaiyyətə açıq olmamasının səbəbi nədir?

2. Adları çəkilən saytlardan əldə edə bilmədiyimiz aşağıdakı məlumatların bizə təqdim olunmasını xahiş edirik:

* 2010-cu ildən bəri Şuranın keçirdiyi müsabiqələrin istiqamətləri, onlar üzrə qalib gələn QHT-lər və onlara ayrılan vəsaitlərin məbləği – İllər və müsabiqələr üzrə

* 2010-cu ildən bəri qalib olub layihələrini həyata keçirə bilməyən, aldığı vəsaitləri geri qaytaran təşkilatlar barədə məlumatlar

3. 2010-cu ildən bəri müsabiqələrin nəticələrindən narazı qalıb, apellyasiya komissiyasına müraciət edən QHT-lərin, həmçinin etirazı qəbul olunub layihələrinin maliyyələşdirilməsinə qərar verilən QHT-lərin sayı – mümkünsə illər üzrə

4. 2015-ci il və 2016-cı ilin ilk qrant müsabiqələrində müsabiqə istiqamətlərindən biri olan Mədən sənayesində şəffaflıq məsələləri hansı səbəbdən 2017-ci ilin müsabiqə mövzuları siyahısından çıxarılıb?

5. Şuranın saytında “Şuranın büdcəsi” adlı altbölmədə Şuranın büdcəsi, onun xərc istiqamətləri və sair barədə deyil, Azərbaycan Respublikasının dövlət büdcəsi bütövlükdə yerləşdirilib. Bunu
nəzərə alaraq, 2010-cu ildən bəri Şuranın fəaliyyəti üçün ayrılan vəsaitlər, onların xərclənmə istiqamətləri barədə məlumatların da saytımıza təqdim olunmasını xahiş edirik.

Hörmətli Azay müəllim

Ümid edirik ki, əsas funksiyası ictimai nəzarət olan vətəndaş cəmiyyətinin ali qurumunun fəaliyyətinə dair suallarımızın cavablandırılmasını təmin edəcəksiniz.
Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Sorğunu Şuranın elektron poçtuna (hansı ki, ordan Şura rəhbərliyinin və ayrıca Azay Quliyevin millət vəkili olaraq fəaliyyəti ilə bağlı müntəzəm olaraq məlumatlar göndərilir və dərc edirik-H.A) rəsmən göndərdikdən sonra qurumun mətbuat xidmətinin rəhbəri Elməddin Behbuda məlumat verdik və suallarımızın cavablandırılmasını xahiş etdik. Bizə iki gündən sonra cavab verən hörmətli Elməddin Behbud bildirdi ki, Şuranın saytında müvafiq bölmədən istədiyimiz məlumatları əldə edə bilərik və bunun üçün bizə link də atdı. Linkə daxil olduq, iki gün öncəki mənzərədən əsər-əlamət yox idi, hesabatlar illər üzrə hamısı yerləşdirilmişdi. Bunu yaxşı əlamət hesab etdik və araşdırma aparmağa başladıq, paralel olaraq da mətbuat xidməti rəhbərindən sorğumuzu cavablandırmağı xahiş etdik, cavablandıracağını bildirdi. Müvafiq qanunvericiliyə uyğun olaraq sorğunun verilmə müddətindən 7 iş günü keçsə də suallarımıza cavab verilmədiyini görüb E.Behbudu bir daha narahat etdik. Lakin aldığımız cavab özümüzə də təəccüblü gəldi: mətbuat xidmətinin rəhbəri bizi az qala işini bilməməzlikdə, tənbəllikdə suçladı. Sualların hamısının cavabının saytda olduğunu deyən hörmətli E.Behbud bizi özümüzə əziyyət verib saytda araşdırma aparmamaqda ittiham etdi. Diqqətinə çatdırdıq ki, əgər hörmətli Şura rəsmisi özünə əziyyət verib sorğu ilə tanış olsaydı görərdi ki, cavabı saytda olmayan suallar da var. Bu dəfə isə biz savaş açmaqda (kimə və niyə, hələ də qaranlıqdır bizim üçün) günahlandırıldıq. E.Behbudla apardığımız müzakirələrin sonunda belə bir nəticəyə gəldik ki, Şura rəhbərliyi bizi (ümumiyyətlə isə qurumun fəaliyyətini araşdırmaq istəyən hər bir jurnalisti) qərəzli görür. Halbuki AFN olaraq QHT Şurasının və rəhbəri, deputat Azay Quliyevin fəaliyyətinə dair məlumatları daim dərc etmişik, heç bir qərəz nümayiş etdirməmişik. Bu durumda bir sual yaranır: QHT Şurası, Azay Quliyev bizi niyə düşmən bəlirləyib? Buna səbəb dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan bir qurumun fəaliyyəti ilə bağlı araşdırma aparmaq, qaranlıq məqamlara işıq salmaq istəyimizdirmi, yoxsa hansısa başqa səbəb varmı? Ümid edirik ki, hörmətli Azay Quliyev bu məsələyə aydınlıq gətirməyə çalışacaq.

P.S. Şuranın fəaliyyəti ilə bağlı bizim sorğumuzdan sonra sayta yerləşdirilən hesabatlardan istifadə edərək apardığımız araşdırmanı yaxın günlərdə təqdim edəcəyik.





















Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45