"Qarabağ"ın qolunu saymayan hakim derbiyə təyinat alıb


"Qarabağ"ın İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda Ağdam klubunun vurduğu qolu qeydə almayan xorvatiyalı FIFA referisi Fran Yoviç ölkəsində vacib oyuna təyinat alıb.


"Report"un məlumatına görə, 37 yaşlı hakim I Liqada "Hayduk" və "Osiyek" komandaları arasında keçiriləcək derbi matçını idarə edəcək. Onun köməkçilərindən biri Ağdam klubunun "Bazel"lə oyununda yan xətt hakimi funksiyasını yerinə yetirmiş Luka Puşiç olacaq.

Qarşılaşma dekabrın 19-da keçiriləcək.

Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşündə "köhlən atlar"ın yarımmüdafiəçisi Abdullah Zubirin vurduğu top qapı xəttini keçsə də, Fran Yoviç qolu qeydə almayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu