Azərbaycanlı hakim Konfrans Liqasında


FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.


“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında I təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.

Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu