Elxan Məmmədov: "VAR olsaydı, "Qarabağ" 1/8 finala vəsiqə qazanacaqdı"


"Qarabağ"ın son oyununda VAR sistemi olsaydı, yəqin ki, Azərbaycan klubu qrup lideri kimi 1/8 finala adlayacaqdı".


Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

O bildirib ki, hər bir oyunda VAR sisteminin olması vacibdir. E.Məmmədov cari mövsümün ikinci yarısından bu sistemin tətbiqinin ləngidiyini diqqətə çatdırıb: "Çinin çip istehsalçıları pandemiya ilə əlaqədar çiplərin sayını azaldıb. Hazırda bu məsələni həll etməyə çalışırıq. Ümidvaram ki, qısa müddətdə Azərbaycanda da VAR-ın tətbiqinə nail olacağıq".

Qeyd edək ki, UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun İsveçrədə "Bazel" komandası ilə keçirilmiş matçının əvvəllərində "Qarabağ" təmiz qol vursa da, xorvatiyalı referi Fran Yoviç topun qapı xəttini keçmədiyini bildirərək, qolu saymayıb. Sonradan meydan sahibləri ardıcıl qollar vuraraq, qələbə qazanıb - 3:0. Bununla da "Bazel" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə 2-ci yerin sahibi kimi pley-offa yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu