Azərbaycanlı hücum dronunu öz silahı ilə məhv etdi- VİDEO


Ukraynada müharibə davam edir.


Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynanın, Kiyev də daxil olmaqla, bir sıra vilayətləri İran istehsalı olan “Şahid” kamikadze-dronlarının kütləvi hücumuna məruz qalıb.

Məlumata görə, müharibənin ilk günündən Nikolayev vilayətinin ərazi özünümüdafiə hissəsinin üzvü olan həmyerlimiz yaşadığı rayona hücum edən kamikadze-dronunu öz silahı ilə vuraraq məhv edib. Onun adı təhlükəsizlik məqsədilə açıqlanmır.

O da bildirilib ki, raket hücumları nəticəsində Ukraynanın əksər vilayətlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu