Ukrayna ordusu İran istehsalı kamikadze dronu zərərsizləşdirib
Rusiya Ukraynanın Odessa şəhərinə kamikadze dronlarından istifadə etməklə zərbələr endirib.
APA BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna ordusunun "Cənub" əməliyyat komandanlığı yayıb. Bildirilib ki, kamikadze dronları şəhərə Qara dənizdən buraxılıb. Qeyd olunub ki, zərbə nəticəsində 1 nəfər həlak olub, bundan başqa iki dron liman ərazisindəki inzibati binaya çırpılaraq yanğın törədib. Məlumatda qeyd olunub ki, Ukrayna HHM qüvvələri bir ədəd İran istehsalı "Şahed-136" kamikadze dronunu dəniz üzərində vuraraq zərərsizləşdirib.
Kiyevin məlumatına görə, sözügedən dronları İrandan əldə edən Rusiya onu "Geran-2" adlandıraraq Ukraynadakı müharibədə istifadə edir.