Ukrayna İran dronlarını vurdu


Rusiya ordusu dekabrın 30-da gecə saatlarında "Şahed" kamikadze dronları ilə Kiyev şəhərinə hücum edib.


AFN.az-ın məlumatına görə, paytaxtın hava məkanında görünən beş kamikadze pilotsuz uçan aparat Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən qeydə alınaraq məhv edilib.
“Düşmən Ukraynanın paytaxtına kütləvi hava hücumları etməkdə davam edir. Dünən təcavüzkara nəticə verməyən raket hücumundan sonra paytaxt bu gecə İran Şahed PUA-larının hücumlarına da tab gətirdi”- deyə “KQVA” Teleqram nalaı yazır.
Qeyd edilir ki, “Şahed” dronlarından biri paytaxtın Qoloseyevski rayonunda inzibati binaya dəyib. Nəticədə bina qismən dağılıb, yaxınlıqdakı yaşayış binasının pəncərələri zədələnib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu