Ukrayna müharibəsində İran dronlarını Çin PUA-ları əvəzləyə bilər


Çin pilotsuz uçan aparatları onların imkanlarını qiymətləndirmək üçün tezliklə Ukraynada sınaqdan keçirilə bilər.


Qərb ekspertləri “Newsweek” jurnalına bildiriblər ki, İran Rusiyanın tələb etdiyi miqdarda dron istehsal edə bilmədiyinə görə, Çinin analoji kamikadze dronları tezliklə Ukrayna müharibəsində İran silah-sursatını əvəz edə bilər.
"Newsweek" nəşrinin məlumatına görə, Çinin "ZT-180" dronu haqqında ətraflı məlumat yoxdur, amma görünür, bu, Rusiyanın Ukraynaya hücum üçün geniş istifadə etdiyi İran istehsalı olan “Şahed” kamikadze dronunun bənzəri və ya genetik surətidir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu