Ukrayna: "Rusiya limanları və marinaları hədəf alıb"


Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bildirib ki, Rusiya dünən axşam saatlarında yenidən Odessa və Nikolayev vilayətlərinə hücum edərək limanları və marinaları hədəf alıb.


Komandanlığın verdiyi açıqlamada rusların ötən gecə yenidən Ukraynanın cənub bölgələrinə hücum təşkil etdiyi bildirilib.

Odessa və Nikolaiv bölgələrinin ruslar tərəfindən hücuma məruz qaldığına diqqət çəkən açıqlamada, Rusiya raketlərinin limanları, marinaları, mənzilləri və ticarət binalarını hədəf aldığı qeyd edilib. Rusiya hücumları 19 qanadlı raket və 19 kamikadze pilotsuz uçuş aparatından istifadə edərək təşkil edib.

Açıqlamada o da bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin digər bölmələrlə əməkdaşlıqda həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində 5-i qanadlı raket və 13-ü “Şahid” PUA-sı olmaqla, ümumilikdə 18 hava hədəfi məhv edilib.

Ukraynanın Nikolayev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim sosial media hesabında Rusiyanın dünən gecə saatlarında Nikolayev şəhərinin mərkəzinə hücum təşkil etdiyini açıqlayıb.

Hücumun 3 mərtəbəli yaşayış binasına və ətrafdakı infrastruktura edildiyinə diqqət çəkən Kim, hücumda 19 nəfərin yaralandığı barədə məlumat paylaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu