Hakan Fidan: "İsveçin təxribatların qarşısını ala bilməməsi bizi düşündürür"


Türkiyə Xarici İşlər naziri Hakan Fidan, "İsveçdə bu hərəkətlərin ictimai müdafiə adı altında həyata keçirilməsi düşündürücü bir hadisədir" ifadələrini işlədib.


O, bu barədə İordaniyanın Xarici İşlər naziri Eymen əs-Safedi ilə görüşdən sonra birgə mətbuat konfransında çıxışında vurğulayıb.

Fidan qeyd edib ki, İsveç təhlükəsizlik sistemi təxribatların qarşısını ala biləcək bir strukturda deyil və bu vəziyyət onları düşünməyə vadar edir:

"İsveçin NATO-ya üzvlüyü yükmü olacaq? Bunun hər hansı bir fayda gətirib-gətirməyəcəyi indi müzakirəyə açıqdır”.

Həm ikitərəfli, həm də heyətlərarası görüşlərdə həmkarı ilə regional və beynəlxalq hadisələrlə bağlı mühüm fikir mübadiləsi apardıqlarını, regional hadisələri ətraflı şəkildə müzakirə etdiklərini bildirən Fidan, “Qurban bayramının ilk günündə müqəddəs kitabımız Quran Stokholmda alçaqca təhqir edilmişdi. Xəbərdarlıqlarımıza baxmayaraq, edilən alçaq hücumu və bu hücuma göz yumulmasını şiddətlə qınayırıq” ifadələrini işlədib.

İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin təcili toplaşdığını xatırladan Hakan Fidan həmkarı Safedi ilə atılacaq birgə addımları müzakirə etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu