İsrail ordusu Livanın cənubuna hücumlar edib


İsrail ordusu Livanın cənubundakı bəzi nöqtələrə "Hizbullah"a aid olduqlarını iddia edərək hava və artilleriya hücumlarını davam etdirib.



İsrail ordusu sözçüsündən verilən açıqlamaya görə, döyüş təyyarələri Harun er-Ras, Kfar Kila və Xiyam bölgələrində Hizbullaha aid hədəflər olduğu əsası ilə binaya hücum edib.

İsrailin şimalındakı Kiryat Şimona və Kfar Yuval və Livanın cənubundakı Cibbeyn bölgəsinə raketlərin atıldığı məntəqələr də artilleriya atəşinə məruz qalıb.

Digər tərəfdən İsrail mətbuatında yer alan xəbərlərə görə, Livanın cənubundan atılan raket Kfar Yuvalda yanğına səbəb olub. Yanğınsöndürənlər tərəfindən müdaxilə edilən yanğında insan itkisi olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu