"Əl Hilal" ardıcıl 28 qələbə ilə dünya rekordu qırıb


Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası ardıcıl 28-ci qələbəsini qazanaraq futbolda ən uzun qələbə seriyasına malik komanda olub.



Portuqaliyalı Xorxe Xesusun çalışdırdığı "Əl Hilal" AFC Çempionlar Liqasının 1/4 final mərhələsində 2:0 hesabı ilə qalib gəldikləri ilk oyunun revanş oyununda səfərdə "Əl İttihad"la üz-üzə gəlib.

"King Abdullah Sports City" Stadionunda keçirilən qarşılaşmada 2:0 hesabı ilə qalib gələn "Əl Hilal" turnirin yarımfinalına yüksəlib və "Əl Ayn"la qarşılaşacaq.

Bütün yarışlarda ardıcıl 28-ci qələbəsini qazanan Səudiyyə Ərəbistanı təmsilçisi bu sahədə yeni rekordçu olub.

Qeyd edək ki, bundan əvvəl Uels komandası "The New Saints" 2016-2017 mövsümündə ardıcıl 27 qələbə qazanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu