İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb


İsrail döyüş təyyarələri Livanın cənubunda sərhəd bölgəsində bir çox şəhərə hava zərbələri endirib.



Bu barədə Livanın rəsmi agentliyi NNA xəbər verib.

Livanın Ayta əş-Şaab qəsəbəsində bir obyektə hava hücumu nəticəsində iki nəfər həyatını itirib.

Xəbərdə ölənlərin kimliyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Digər tərəfdən Hizbullah Hərəkatı İsrailin sərhəd bölgəsində bəzi hərbi nöqtələrə hücumlar təşkil etdiyini açıqlayıb.

Hizbullah tərəfindən verilən açıqlamada İsrailin Zirit hərbi mövqeyində olan kəşfiyyat toplama vasitələrinin müvafiq silahlarla, Metula qəsəbəsinin girişində yerləşən hərbi maşının isə idarə olunan raketlə vurulduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu