Hizbullah İsrail ordusunun mövqelərinə hücumlar təşkil etdiyini açıqlayıb


Hizbullah Livanın cənubundan sərhəddəki İsrail hərbi məntəqələrinə hücumlar həyata keçirildiyini açıqlayıb.


Açıqlamada İsrailin Birket Rişe mövqeyinin raketlə hədəf alındığı, daha sonra mövqedən tüstü qalxdığı bildirilib. Qeyd edilib ki, Ər-Rahib mövqeyi də artilleriya atəşinə tutulub.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail raketinin Livanın Rimeyş qəsəbəsi səmasında partladığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu