İsrail ordusunun xüsusi təyinatlıları Livanla sərhəd qəsəbəsində hücum həyata keçirib


İsrail ordusunun xüsusi təyinatlılarının Livanın cənubunda sərhəd bölgəsində yerləşən qəsəbəyə hücum təşkil etdiyi bildirilib.


İsrail ordusu Ayta əş-Şaab qəsəbəsinə hücumla bağlı açıqlama verib.

Açıqlamada İsrail ordusunun xüsusi təyinatlılarının hücumu Livanın Ayta əş-Şaab qəsəbəsində təhlükəni aradan qaldırmaq üçün həyata keçirdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, İsrail döyüş təyyarələri Livanın Kefrkilla qəsəbəsində Hizbullanın tank əleyhinə raket buraxılış qurğusuna hava hücumu həyata keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu