“Vətən bağı” Naxçıvana gedir


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin növbəti qrant müsabiqəsinin qaliblərindən biri də “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyidir.


AFN.az xəbər verir ki, İB-nin bu dəfəki layihəsi olan “Müharibə iştirakçıları üçün biznes təlimləri” Naxçıvan Muxtar Respublikasını əhatə edəcək. “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev layihə ilə bağlı danışarkən bildirib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan ümumilikdə 105 şəhid ailəsi üzvləri və qazilər olmaq şərti ilə yarım günlük “Müharibə iştirakçıları üçün biznes təlimləri” adlandırılan sahibkarlıq təlimləri keçiriləcək. Təlim biznesin inkişafı üzrə tanınmış ekspert Vüsal Novruzov tərəfindən aparılacaq: “Muxtar Respublikada 7 təlimimiz baş tutacaq. Sevindirici haldır ki, təlimçimiz də Naxçıvandandır və ölkənin bu sahə üzrə peşəkar mütəxəssislərindəndir. İnanıram ki, bu təlim effektivliyi ilə yadda qalacaq. Biz Naxçıvandakı şəhid ailəsi və qazilərə biznesin qurulması, idarə edilməsi və sahibkarlıq haqqında mümkün qədər dolğun informasiyalar verməyə çalışacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu